“Arsenal” klubu ilə yolları ayrılan Unay Emeri karyerasını Fransada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, “Monako” Leonardo Jardimi ispaniyalı mütəxəssislə əvəzləmək istəyir. Artıq 48 yaşlı məşqçi ilə danışıq aparıldığı bildirilir.
Qeyd edək ki, Emeri 2016-2018-ci illərdə Fransada PSJ-ni çalışdırıb.