PSJ kapitan Tiaqo Silva ilə bağlı qərarını dəyişib.
Offsideplus.az-ın xarici mətbuata istinadən məlumatına görə, bir müddət əvvəl mövsümün sonunda onu yola salmağı planlaşdıran Paris təmsilçisi indi braziliyalını saxlamaq fikrinə düşüb.
Futbolçunun meneceri Paulo Tonettonun sözlərinə görə, yeni ilin ilk ayında yeni sözləşmə ilə bağlı danışıqlara start veriləcək: "Tiaqoya görə narahat deyilik. O, Parisdə çox yaxşıdır. Böyük klubda oynayır və burda xoşbəxtdir. Yanvarda PSJ ilə yeni müqavilə məsələsini müzakirə edəcəyik".
Qeyd edək ki, Tiaqo Silva 2012-ci ildən PSJ-də çıxış edir.