PSJ Liqa 1-in XIV turunda “Lill”lə qarşılaşacaq. 

Offsideplus.az “Lequipe” nəşrinə istinadən xəbər verir ki, yüksək hərarəti olan Kilian Mbappenin “Lill” ilə oyunda iştirakının sual altındadır. PSJ-də bir müddətdir zədədən əziyyət çəkən Neymar artıq sağalıb və baş məşqçi Tomas Tuxelin şans verəcəyi təqdirdə, oynamağa hazırdır.

Qeyd edək ki, sabah keçiriləcək PSJ – “Lill” görüşü saat 23:45-də start götürəcək.