PSJ "İnter"dən icarəyə götürdüyü Mauro İcardini heyətə qatmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi bu məqsədlə futbolçunun agenti və həyat yoldaşı Vanda Nara ilə danışıqlara başlayıb.

"La Gazzetta dello Sport" qəzetinin jurnalisti Nikolo Skiranın verdiyi məlumata görə, Fransa klubu argentinalı qarşıdakı aylarda 65 milyon avroya satın almaq seçimindən istifadə etmək niyyətindədir.

PSJ İkardi ilə 5 illik müqavilə imzalamağa hazırdır.

Xatırladaq ki, Mbappe PSJ forması ilə çıxdığı 6 oyunda 5 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.