Fransa Peşəkar Futbol Liqasının İntizam Komitəsi PSJ-ni cərimələyib.
Offsideplus.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna paytaxt klubunun azarkeşlərinin ölkə çempionatının ilk turunda "Nim"lə matçda (3:0) komandanın hücumçusu Neymarın əleyhinə "Neymar, rədd ol, get" yazılı banner açması səbəb olub. Azarkeşlər həmçinin, matç ərzində 27 yaşlı oyunçunu təhqir ediblər. Buna görə qurum PSJ-ni 2 min avro məbləğində cərimələyib.
Qeyd edək ki, Neymarla "Real" və PSJ-nin maraqlandığı iddia olunur.