“Çelsi” və “Arsenal” eyni futbolçunu transfer etməyə çalışır.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri “Monako”dan Tomas Lemar uğrunda mübarizə aparır.
“Monako” futbolçusunu 90 milyon avro tələb edir. “Çelsi” əvvəlcə 22 yaşlı forvard üçün Maykl Batşuayi və müəyyən məbləğ təklif etsə də, Fransa klubu qəbul etməyib.
London klubunun “Monako”nun tələb etdiyi məbləği ödəməyə razı olduğu bildirilir. “Arsenal”ın təklifi barədə isə məlumat verilmir.
Qeyd edək ki, “Monako” Lemarı 2015-ci ildə “Kan”dan 4 milyon avroya alıb.