Sesk Fabreqas "Monako" klubundan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, Fransa təmsilçisi qışda heyətinə qatdığı ispan yarımmüdafiəçini satmaq istəyir. Knyazlıq təmsilçisi həm bu satışdan pul qazanmaq, həm də 32 yaşlı futbolçuya ödənilən yüksək maaşdan (aylıq 600 min avro) yaxa qurtarmaq üçün onu transferə çıxarmağı düşünür. Ancaq hələlik təcrübəli oyunçu ilə bağlı kluba hər hansı təklifin gəlmədiyi bildirilir.
Qeyd edək ki, Fabreqas "Monako"ya "Çelsi"dən keçib.