PSJ klubu Madrid "Real"ının qapıçısı Keylor Navası transfer etmək istəyir. 

Offsideplus.az xəbər verir ki, Canluici Buffonla yolları ayıran Paris klubu heyətini Kosta-Rika millisin üzvü ilə gücləndirmək istəyir.

Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidanın Navasın satışına razı olduğu bildirilib. Çünki fransalı mütəxəssis Navası yox, Tibo Kurtuanı komandanın əsas qapıçısı kimi görür.