Çempionlar Liqasında uğursuzluqla üzləşən PSJ heyəti gücləndirməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, Paris klubu "Real”ın futbolçularına göz dikib. Məlumata görə, İsko, Toni Kroos və Qaret Beyl PSJ-nin hədəfindədir.
Parislilərin bu 3 futbolçu üçün 210 milyon avro ödəməyə hazır olduqları da bildirilir. PSJ bu vəsaiti Edison Kavani ilə Yulian Drakslerin satışından əldə etməyi planlaşdırır.