PSJ mövsümün sonunda "Mançester Yunayted"in iki oyunçusunu heyətinə qata bilər.
Parislilər Ander Errera ilə yanaşı, David De Xeanın da xidmətində maraqlıdılar. Yayda hər iki oyunçu azad agent statusunda ola bilər.
De Xea və "Mançester Yunayted" arasında yeni müqavilənin detalları ilə bağlı danışıqlar qaydasında getmir. İspan qolkiper komandanın ən çox qazanan futbolçusu olmaq istəsə də, "qırmızı şeytanlar" ona həftəlik 350 min funtdan artıq ödəmək niyyətində deyil.
MY-dan fərqli olaraq, PSJ De Xeaya istədiyi məbləği ödəməyə hazırdı. Ancaq iddialara görə, Errera ilə müqayisədə, qapıçı Paris klubuna keçməkdə o qədər də maraqlı deyil.