Fransa I Liqasında 25-ci turun görüşləri keçirilir.

Offsideplus.az xəbər verir ki, lider PSJ səfərdə "Tuluza" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Liqa 1-də turnir cədvəlinə 65 xalla PSJ başçılıq edir.

"Monako" 53 xalla 2-ci, "Marsel" 52 xalla 3-cü, 1 oyun az keçirən "Lion" 48 xalla 4-cüdür.

"Tuluza" isə 26 xalla 15-cidir.

"Tuluza" - PSJ - 0:1 Qol: Neymar, 68