Fransa Futbol Federasiyasının İntizam Komitəsi "Monako"nun baş məşqçisi Leonarda Jardimi cəzalandırıb.

Offsideplus.az Liqa 1-in saytına istinadən xəbər verir ki, buna onun Fransa Liqasının 24-cü turunda "Monpelye" ilə matçda (2:2) hakimə qarşı kəskin etirazı səbəb olub. Buna görə, portuqaliyalı mütəxəssis 1  oyunluq cəzalandırılıb. Beləliklə, o, fevralın 24-ü keçiriləcək "Lion"la görüşdə məşqçi skamyasında ola bilməyəcək.

 Qeyd edək ki, L.Jardim futbolçusu Jemersonun 90-cı dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulmasına sərt şəkildə narazılığını bildirmişdi.