Florentin Poqba karyerasını MLS-də davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, müdafiəçi “Atalanta Yunayted”lə anlaşıb.

“Mançester Yunayted”in və Fransa millisinin üzvü, dünya şöhrətli Pol Poqbanın qardaşı olan Florentinin son klubu Türkiyə təmsilçisi “Gənclərbirliyi” olub. Amma ötən ilin may ayından bəri Poqba bir rəsmi oyunda belə çıxış etmək imkanı qazanmayıb.

O, ABŞ təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Sent Etyen”dəki çıxışı ilə məşhur olan Poqba Fransa U-20 millisində və Qvineya yığmasında çıxış edib.(matc.az)