PSJ-nin idman direktoru Antero Enrike istefaya göndərilə bilər. 

Offsideplus.az xəbər verir ki, Fransa mətbuatında Enrikeni kimin əvəz edəcəyi ilə bağlı da məlumat yayılıb. İddialara görə, PSJ-nin idman direktoru "Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger olacaq. 
PSJ rəhbərliyi Enrikenin işindən narazıdır. Əsas narazılıq da Adren Rabo il bağlı olub. Rəhbərlik Enrikenin Rabonu komandada saxlaya bilməməsini ona bağışlamaq istəmir. 
Qeyd edək ki, Rabonun PSJ ilə müqaviləsi bu ilin yayında başa çatır. Futbolçu müqaviləni uzatmayıb və "Barselona” ilə ilkin razılıq əldə edib. 
Üstəlik, rəhbərlik holland futbolçu Frenki de Yonqu da transfer etmək istəyib. Ancaq Enrike bu planı da həyata keçirə bilməyib. Holland futbolçu da "Barselona”nı seçib.