"Monako" baş məşqçisi Tyerri Anri ilə yollarını rəsmən ayırır.
Offsideplus.az xarici mətbuata istinadən məlumatına görə, Knyazlıq klubu onunla müqaviləyə xitam verməyə hazırlaşır.
Bu isə fransalı mütəxəssisin 10-15 milyon avro aralığında təzminat qazanmasına səbəb olacaq. Rəhbərlik tezliklə bu məbləği verib, onunla münasibətləri pozacaq. Yeni baş məşqçi isə komandanın sabiq çalışdırıcısı Leonardo Yardim olacaq. Onunla 2,5 illik müqavilə razılaşdırılıb. 44 yaşlı Yardimin bu gün təqdim olunması gözlənilir.
Qeyd edək ki, "Monako" ötən il oktyabrın 13-də baş məşqçi postuna təyin edilən Tyerri Anrinin rəhbərliyi altında 20 oyun keçirib, 5 dəfə qələbə qazanıb, 11 dəfə isə məğlub olub.