"Monako"da yaxın vaxtlarda baş məşqçi dəyişikliyi gerçəkləşə bilər.
Offsideplus.az-ın "Mirror"a istinadən yaydığı xəbərə görə, knyazlıq təmsilçisinin yaxın 48 saatda Leonardu Jardimi yenidən klubun baş məşqçisi təyin edəcəyi iddia olunub. Bu halda o, hazırkı çalışdırıcı Tyerri Anrini əvəzləyəcək.
Baş məşqçi dəyişikliyinə səbəbin komandanın cari mövsüm uğursuz çıxışı olduğu bildirilib.
Qeyd edək ki, Jardim 2014-cü ildən 2018-ci ilin oktyabrına kimi "Monako"nu çalışdırıb. Sonra o, istefaya göndərilərək komandanın başına T.Anri gətirilib.
Əlavə edək ki, "Monako" hazırda Fransa liqasında 15 xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb. Komanda Çempionlar Liqasında qrup mərhələsini sonuncu pillədə başa vurub, Fransa kubokunda mübarizəni dayandırıb.