PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyo klubunu məhkəməyə vermək qərarına gəlib.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu parislilərin ona qarşı haqsızlıq etdiyini düşünür.

Belə ki, Rabyo yeni müqaviləyə razılıq vermədiyi üçün əvəzedici heyətə göndərilib. Rəhbərliyin münasibətindən gileylənən və müqavilədəki şərtlərə əməl edilmədiyini düşünən 24 yaşlı orta sahə oyunçusu bununla bağlı rəsmi şikayət edəcək. Fransa millisinin üzvü bazaya buraxılmasını tələb edir.

Qeyd edək ki, Adrien Rabyo "Barselona" ilə ilkin müqavilə bağlayıb və yayda Kataloniya klubuna qoşulacaq.