"Çelsi"dən ayrılan Sesk Fabreqasın yeni klubu məlum olub.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispaniyalı futbolçu "Monako" klubu ilə müqavilə imzalayıb. Bu gün keçirilən tibbi müayinədən sonra 31 yaşlı futbolçu ilə sözləşmə imzalanıb.

Transfer Fransa təmsilçisinə 12 milyon avroya başa gəlib.