“Nitsa”dan ayrılacağı gözlənilən Mario Balotelli karyerasına Liqa 1-də davam edəcək.

 

Offsideplus.az Fransa mətbuatına istinadən xəbər verir ki, italiyalı forvard “Marsel”ə keçməyə yaxındır.  Balotellinin “Nitsa”yla mövsümün sonuna qədər olan müqaviləsini ləğv edəcəyi və “Marsel”lə sözləşmə imzalayacağı bildirilib.

28 yaşlı hücumçu mövsümün ilk dövrəsində cəmi 10 matçda iştirak edib.