PSJ-nin futbolçusu Neymar 2020-ci ilin yayında Paris klubunu tərk edə bilər.

Offsideplus.az-ın "AS"a istinadən yaydığı xəbərə görə, həmin vaxt braziliyalı hücumçunu 160 milyon avro ödəyərək transfer etməklə bağlı bənd aktivləşəcək. Bildirilir ki, "Barselona" bu seçimdən istifadə edərək oyunçunu qaytarmaq istəyir.

Qeyd edək ki, Neymar 2017-ci ildə məhz Kataloniya klubundan 222 milyon avroya PSJ-yə transfer olunub. Onun hazırkı qiymətinin 200 milyon avro olduğu iddia olunur.