Liqa 1-in 18-ci turunda “Lion”la keçirilən matçda qırmızı vərəqə alan “Monako”nun futbolçusu Aleksandr Qolovinin cəzası bəlli olub.
Offsideplus.az xəbər verir ki, Fransanın Peşəkar Futbol Liqası rusiyalı futbolçunu 4 oyunluq cəzalandırıb. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
22 yaşlı futbolçu “Lion”a 0:3 hesabıyla məğlub olduqları matçın 47-ci dəqiqəsində rəqibinə etdiyi müdaxilə sonrası birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulmuşdu.
“Monako” cari mövsümdə 18 turdan sonra 13 xalla, 19-cu sırada yer alıb.