PSJ yarımmüdafiəçini geri göndərir Paris klubunun yarımmüdafiəçisi Xese İspaniyaya qayıdır.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçu mövsümün sonunda Valyadolid-in formasını geyinəcək. Yarımmüdafiəçi Paris klubuna 2016-da Real-dan transfer olunub. Lakin heyətdə yerini bərkidə bilməyib. “Kral klubu” keçid üçün 25 milyon avro xərcləyib. Xese ötən mövsüm Stoc City-də arenda əsasında oynayıb. İngiltərə çempionatında 13 matçda meydana çıxıb. Aktivində bir qol və bir məhsuldar ötürmə yazdırıb. Bu mövsümdə isə heç bir oyunda iştirak etməyib.