“Olimpiakos”un futbolçusu Yaya Ture komandanı tərk edib.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
O, mövsümün əvvəlində “Mançester Siti” ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi “Olimpiakos”a keçmişdi.
Ture 2005/2006 mövsümündə də “Olimpiakos”un şərəfini qoruyub. O, bu komanda ilə Yunanıstan çempionu da olub.
Ture karyerası ərzində “Monako”, “Barselona”, “Mançester Siti” kimi klublarda forma geyinib. O, 97 dəfə Fil Dişi Sahili millisinin şərəfini qoruyub.