Fransa Liqa-1 təmsilçisi “Renn” baş məşqçisi Sabri Lauşiylə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Renn”in əvəzedicilərindən ibarət heyətinin baş məşqçisi Stefan Yulyen müvəqqəti olaraq komandanın “sükanı arxasına” gətirilib.

Son turda “Strasburq”a öz meydanında 1:4 hesabıyla məğlub olan “Renn”, 15 turdan sonra 17 xal toplayaraq, 14-cü sırada qərarlaşıb.

“Renn” Avropa Liqasının qrup mərhələsinin son turunda - 13 dekabrda öz meydanında “Astana” ilə qarşılaşacaq. “Astana”da Azərbaycan millisinin üzvü Riçard Almeyda forma geyinir.