“Nitsa”nın futbolçusu Mario Balotelli karyerasını ABŞ-da davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, MLS təmsilçisi “Filadelfiya Yunion” 28 yaşlı forvardı transfer etmək niyyətindədir. Bu barədə ABŞ mətbuatı məlumat yayıb. Xəbərdə, MLS təmsilçisinin Balotelli üçün “Nitsa”ya 6-7 milyon dollar təklif edəcəyi bildirilib.

Balotelli 2016-cı ildə azad agent kimi “Nitsa”ya keçib. İtaliyalı forvard cari mövsümdə “Nitsa” formasıyla 8 qarşılaşmada iştirak edib və 1 məhsuldar ötürmə verib.

"SuperMario" 36 dəfə İtaliya millisinin formasını geyinib.