Hollandiyalı yarımmüdafiəçi Uesli Sneyder Fransada çox qalmayıb.

Offsideplus.az xəbər verir ki, mövsümün əvvəlində “Qalatasaray”ı “Nitsa”ya dəyişən ulduz futbolçu karyerasını ABŞ-da davam etdirəcək.

33 yaşlı oyunçu “Los Anceles Qalaksi” klubu ilə anlaşıb. Cari mövsümün ilk dövrəsində “Nitsa”nın heyətində cəmi 8 oyunda meydana çıxan Sneyder bu aydan etibarən “Los Anceles Qalaksi”nin formasını geyinə biləcək.

Qeyd edək ki, karyerası ərzində “Ayaks”, “Real” və “İnter” kimi klublarda çıxış etmiş Uesli Sneyder son 5 mövsümü “Qalatasaray”da keçirib.