“Monako" yeniyetmə futbolçuları heyətə cəlb edərkən qaydalara əməl etməyib”.
Offsideplus.az xəbər verir ki, iddianı L-Equipe nəşri ortaya atıb. Qəzet yazır : “Monako" 12 yaşlı yeniyetmələrə əvvəlcədən 15 min avro ödəməliydi ki, həmin futbolçular 15 yaşında klubla müqavilə bağlasın. Bu qaydaya əməl edilməyib.
Futbolçuların məktəb və yaşayış xərcləri də klub tədrəfindən qarşılanmalı idi. Rəsmi sənədlərdə kompensasiya ilə bağlı maddələr yer almayıb. "Monako" əldə etmək istədiyi yeniyetmə oyunçuların yaxınlarını klubda işə götürüb. Kağız üzərində həyata keçirilən bu proses məsuliyyətdən kənar qalmaq üçün edilib”.
Qeyd edək ki, PSG-də oxşar əməllərinə görə, UEFA-nın “qara siyahısına” düşüb.