Real-ın futbolçusu Naço Fernandes La Liqada Barcelona ilə qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib. 

Offsideplus.az xəbər verir ki, İspaniya mətbuatına danışan 28 yaşlı futbolçu, matçla bağlı bunları deyib:

“Bazar günü bizim üçün xüsusi bir oyun olacaq. Həmişə, hər bir futbolçu bu oyunda olmaq istəyər. Hazırda bütün diqqətimiz “el klasiko”dadır.

Qələbə qazanmaq üçün gedəcəyik, əhval-ruhiyyəmiz yerindədir. Eyni zamanda, özümüzü sübut etmək üçün bu oyuna çıxacağıq.

Mətbuatda yazılanlara fikir vermirik. Çünki biz peşəkar futbolçularıq və qələbə qazanmaq istəyirik. Hər kəs də bizdən bunu gözləyir”.

Barcelona - Real oyunu bazar günü, saat 19:15-də start götürəcək.(komanda.az)