Mario Balotelli İspaniyanın məşhur Barcelona komandasına daha bir atmaca atıb.
Offsideplus.az xəbər verir ki, Nice klubunun italiyalı hücumçusu Mario Balotelli Barcelona-nı ələ salıb.
“Mənim futbol tarixi boyu ən xoşuma gələn hadisə Barcelona klubu ilə bağlıdır. Onların Çempionlar liqası kuboklarının sayı Real Madrid-dən 6 kubok az idi. Daha sonra onlar öz xəyallarında qurduqları heyəti qurmağı bacardılar. Dünyanın ən güclü yarımmüdafiə xəttinə sahib oldular, hətta ən güclü futbolçu da onlarda idi. Daha sonra onların Çempionlar Liqasında kı kubok sayı “kral klubundan” 8 kubok az oldu.
Qeyd edək ki, Mario Balotelli bir müddət öncə Barcelona-nı “qızların oynadığı komanda” adlandırmışdır. (Goal.az)