Manchester United-in yarımmüdafiəçisi Pol Poqba klubu tərk etməyə yaxındır.

Offsideplus.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, fransız Barcelona-ya keçə bilər. Kataloniya klubunun aparıcı futbolçuları Leonel Messi, Cerard Pike və digərləri Poqbanı heyətdə görmək istəyir. Yarımmüdafiəçinin Fransa millisində birlikdə yer aldığı Usman Dembele və Samuel Umtiti də həmyerlilərini Barcelona-da görmək arzusundadır.

Katalonların baş məşqçisi Ernesto Valverde futbolçunu əldə etməyin əleyhinə deyil. Lakin Kataloniya klubunun seleksionerləri hesab edir ki, Poqbanın oyun üslubu Barcelona-ya uyğun gəlmir. Onların fikrincə, komanda topu özündə saxlamağı bacaran, risk etməyən mərkəz müdafiəçisinə üstünlük verməlidir.

Manchester United Pol Poqbanı 101 milyon avroya satmaq niyyətindədir.