Niko Uilyams yayda "Atletik"dən ayrılmaq istəyir.
Offsideplus.az xəbər verir ki, bu məlumatı "Sport.es" yayıb.
Vinger "Barselona" rəhbərliyi ilə danışıqlara başlayıb. Uilyams Kataloniya klubu rəsmilərinə "Atletik"dən ayrılmaq istədiyini bildirib.
Qeyd edək ki, futbolçunun Bilbao təmsilçisi ilə 2027-ci ilə qədər müqaviləsi var. Niko Uilyamsın dəyəri 70 milyon avrodur.