"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport” yayıb.
Mənbəyə görə, gürcüstanlı oyunçu "Barselona"nın diqqət mərkəzindədir. Kataloniya təmsilçisinin funksionerləri təcrübəli yarımmüdafiəçi ilə danışıqlara başlayıblar.
Qeyd edək ki, sözügedən futbolçu 2022-ci ilin iyulundan "Napoli"nin şərəfini qoruyur.