"Barselona" gənc ulduz Lamin Yamalın müqaviləsi ilə bağlı yeni qərar qəbul edib.

Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Yamalın 2026-cı ilə qədər nəzərdə tutulmuş müqaviləsi daha 4 illiyinə uzadılacaq. Tərəflər bu məsələdə şifahi razılıq əldə ediblər.

Mənbəyə görə, sözügedən futbolçunun maaşı da əhəmiyyətli dərəcədə artacaqdır. 

Xatırladaq ki, cinah hücumçusu AÇ-2024-ün ən yaxşı gənc oyunçusu seçilib.