Şesninin "Barselona" forması ilə ilk oyununa nə vaxt çıxacağı bəlli olub.

Offsideplus.az xəbər verir ki, polşalı qapıçı tibbi müayinədən keçdikdən sonra "Barselona" ilə 1 mövsümlük müqavilə imzalayacaq.

Beynəlxalq fasilədən sonra isə Şesni Kataloniya klubunun heyətində ilk oyununu keçirəcək.

Xatırladaq ki, yayda Şesni "Yuventus"dan ayrılaraq azad agent olmuş və karyerasını bitirdiyini açıqlamışdı.

Fasilədən sonra "Barselona"nın ilk oyunu 20 oktyabrda "Sevilya"ya qarşı olacaq.