"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Madrid derbisi öncəsi Arda Gülər barədə etdiyi açıqlama ilə diqqətləri üzərinə çəkib.

Offsideplus.az xəbər verir ki, təcrübəli çalışdırıcı ""Real"ın Toni Krosu itirməsi ilə bağlı, "Real" bütün məşqçilərin heyran olduğu vacib oyunçusu Toni Krosu itirdi. Düşünürəm ki, hücumda üstünlük əldə etmək üçün onlara lazım olan soyuqqanlılığı verə biləcək futbolçu axtarmalıdırlar" deyib.

Arda Gülərin derbidə oynaması ilə bağlı suallara cavab verən Simon “Arda Gülər oynasa da, oynamasa da bizim futbolçularımız dəyişməyəcək” dedi.

Bu sözləri ilə Simeone komandasının gücünü ön plana çıxarmağa çalışsa da, Arda Gülər barədəki fikirləri gərgin müzakirələrə yol açıb.