İtaliyalı baş məşqçi Karlo Ançelotti "Real" ilə 300-cü matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, "kral klubu" La Liqanın 7-ci turunda evdə "Alaves"i qəbul edib.

65 yaşlı Ançelotti Madrid klubunda altıncı mövsümünü keçirir; daha əvvəl 2013-2015-ci illərdə də "Los Blankos"u çalışdırıb.

Onun rəhbərliyi altında "Real" 217 qələbə, 39 məğlubiyyət və 43 heç-heçə ilə bu statistikanı tamamlayıb.

Karlo Ançelottinin nəticələri Madrid təmsilçisinin tarixində ikinci yerdədir. Oyun sayına görə lider, 605 matçla Migel Munyosdur (1959, 1960-1974). "Los Blankos" növbəti mərhələdə "Atletiko" ilə qarşılaşacaq.