"Real"ın üzvü Kilian Mbappe ilə bağlı yeni iddialar gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, Fransa mətbuatı ulduz futbolçunun 2022-ci ildə PSJ ilə müqaviləsini yenilədikdən sonra layihənin uğursuz olduğunu anladığını iddia edib. Bu səbəbdən də hücumçu rəhbərliyə komandadan ayrılmaq istədiyini bildirib.
Həmin dövrdə "Liverpul"un Fransa təmsilçisinə 200 milyon avro təklif etdiyi, lakin parislilərin bunu qəbul etmədiyi bildirilib. Fransızlar oyunçu üçün 400 milyon avro istəyib. Mbappe PSJ-nin Robert Levandovski və Bernardo Silva kimi futbolçuları heyətinə qata bilməməsindən məyus olub.
Bu səbəbdən, o "Liverpul"la şifahi razılığa gəlib, lakin əsas arzusu "Real" olub.