Xames Rodriqes İspaniya La Liqasına qayıdıb.

Offsideplus.az xəbər verir ki, kolumbiyalı futbolçu "Rayo Valyekano" klubuna azad agent olaraq transfer olunub. 

Müqavilə 1+1 il müddətinə imzalanıb. 

Qeyd edək ki, Xamesin son klubu "San Paulo" olub. O daha öncə İspaniyada "Real Madrid"in formasını geyinib.