"Real"ın qapıçısı Andrey Lunin yeni müqavilə ilə bağlı klubla razılığa gələ bilmir.
Offsideplus.az xəbər verir ki, ukraynalı futbolçu rəhbərlikdən Tibo Kurtuanın qayıdışından sonra daimi oyun vaxtı tələb edir. Madrid təmsilçisi bu şərti qəbul edərsə, Lunin 2029-cu ilə qədər müqavilə bağlayacaq.
Mövcud saziş 2025-ci ilin yayında bitir. Lunin ayrılarsa, "Real" onun əvəzinə ispaniyalı qapıçı Kepa Arrizabalaqanı transfer edə bilər.