“Barselona” Niko Uilyamsın transferi üçün son tarixi müəyyən edib.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi ispaniyalı oyunçunu avqustun 24-dək transfer edə bilər. Bu müddət ərzində müqavilə imzalanmasa, “Barselona” transfer dövrünün sonunda vəziyyəti dəyişdirməyə cəhd etməyəcək.
“Atletik” 21 yaşlı oyunçunun müqaviləsi üçün 58 milyon avro tələb edir. “Barselona” endirim məsələsində hələ də razılığa gəlməyib.