"Barselona"nın sabiq ulduzu La Liqa klubu almaq istəyir. 

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, söhbət Martin Breytveytdən gedir. "Espanyol"dan ayrılan danimarkalı forvard klubun ona qarşı rəftarından narazıdır. 

Bu səbəbdən ulduz futbolçu adıçəkilən klubu almaq istəyir. 

Qeyd edək ki, Martin 2022-2024-cü illərdə "Espanyol"da çıxış edib. O, 2020-2022-ci illərdə "Barselona"nın formasını geyinib.