"Barselona"nın futbolçusu İlkay Gündoğan komandadan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, Kataloniya klubu əlavə gəlir əldə etmək üçün yarımmüdafiəçisi satışa çıxarır.
Belə ki, onunla Qətər və Səudiyyə Ərəbistanı təmsilçiləri maraqlanır.
Ancaq Gündoğan komandadan ayrılmaq istəmir.
Onun "Barselona" ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.