PSJ İspaniya millisinin və "Atletik"in üzvü Niko Uilyamsla maraqlanır.

Offsideplus.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Daha əvvəl "Barselona"nın Avropa çempionu ilə razılıq əldə etməyə yaxın olduğu qeyd olunurdu.

Uilyams geridə qalan mövsüm 37 oyunda 8 qol vurub və 17 məhsuldar ötürmə edib.

O, İspaniya millisi ilə qitə turnirində qalib olub.