Alvaro Morata karyerasını "Milan"da davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, "Atletiko" hücumçunun yerini doldurmaq niyyətindədir. Madrid təmsilçisi axtarışlara başlayıb. La Liqa klubu 3 namizədi nəzərdən keçirir. Söhbət "Jirona"da çıxış edən Artem Dovbik, "Mançester Siti"nin üzvü Julian Alvarez və "Vilyarreal"ın hücumçusu Aleksandr Sörlatdan gedir.

Madrid təmsilçisi hər üç futbolçu ilə danışıqlara başlayıb. Yalnız "Jirona" ukraynalı hücumçu üçün 40 milyon avro tələb edib. Digər klublar futbolçuları üçün tələb edəcəkləri qiyməti təyin etməyib.