"Barselona" "Atletik"in və İspaniya millisinin hücumçusu Niko Uilyamsla şəxsi razılıq əldə edib.
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, futbolçunun agenti ötən həftə Kataloniya klubu ilə görüşüb və müqavilənin detallarını müəyyənləşdiriblər.
21 yaşlı oyunçu geridə qalan mövsümdə 37 oyunda 8 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun "Atletik"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
"Transfermarkt"ın dəyərləndirməsinə görə, onun qiyməti 60 milyon avrodur. Komanda uzun müddətdir Uilyamsın keçidi üçün çalışır.