"Porto"nun və Portuqaliya millisinin qapıçısı Dioqo Kosta karyerasını İspaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, qolkiperin xidmətində "Real" maraqlıdır.
"Kral klubu" 24 yaşlı qapıçını Andrey Lunin əvəzləyicisi kimi düşünür.
Ukrayna millisinin üzvü La Liqa təmsilçisindən ayrılmağa yaxındır. Belə ki, onun Səudiyyə Ərəbistanı klublarından birinə keçəcəyi iddia olunub.
"Çərçivə" qoruyucusunun Madrid klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.