Ötən mövsümü icarə əsasında "Real"da keçirən "Çelsi"nin qapıçısı Kepa Arrizabalaqa karyerasını Səudiyyə Ərəbistanıda davam etdirə bilər.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, "Əl-İttihad" qolkiperin xidmətində maraqlıdır.
Mənbənin məlumatına görə, 29 yaşlı "çərçivə" qoruyucusu Səudiyyə klubundan vaxt istəyib.
Kepa "Real"ın heyətində 20 oyunda meydana çıxıb, 18 qol buraxıb, 9 matçda isə qapısını toxunulmaz saxlayıb.
Onun "Çelsi" ilə 2025-ci ilin yayına qədər müqaviləsi var.