Xoselu yeni mövsümdən “Real”da çıxış etməyəcək.

Offsideplus.az xəbər verir ki, futbolçu Madrid təmsilçisində qalmaq əvəzinə Qətərin “Al Qarafa” klubuna getməyə qərar verib.

“Real” 1,5 milyon avro ödəyərək Xoselunu komandada saxlamaq istəs də, oyunçu özü Mbappe və Endrikin gəlişi səbəbindən ayrılmaq qərarına gəlib.