Kilian Mbappe "Real Madrid" klubunun ona qoyduğu olimpiada qadağası barədə danışıb.

Offsideplus.az xəbər verir ki, fransız forvard Madrid təmsilçisi ilə razılaşıb: 

"Olimpiada? İştirak etməyəcəm. Klubumun qərarını başa düşürəm. Dincəlmədən bütün turnirlərdə iştirak etsəm, yaxşı start olmayacaq".

Qeyd edək ki, "Kral klubu" Yay Olimpiya Oyunlarına heç bir futbolçusunu göndərməyəcək və bu müddətdə komanda növbəti mövsümə hazırlaşacaq.