"Xetafe"nin hücumçusu Borxa Mayoralın "Barselona"nın heyətinə qatılma şansı var.

Offsideplus.az xəbər verir ki, kataloniyalılar futbolçunu yayda klubdan gedəcək Vitor Rokenin əvəzləyicisi kimi görür.

Mayoral ötən mövsüm "Xetafe"nin heyətində 31 oyunda 17 qol vurub və 1 məhsuldar ötürmə edib.